BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladları ŞKTR Xarici İşlər naziri ilə görüşüblər!

25 iyul 2024 10:34:38

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə orta və ali təhsil müəssisələrində təhsil alan 30 nəfər şəhid övladı üçün Şimali Kipr Türk Respublikasında təşkil olunan “Yay Məktəbi”nin növbəti günündə iştirakçılar Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyində olublar.
 
Şəhid övladları ilə görüşən ŞKTR Xarici İşlər naziri Tahsin Ertuğruloğlu onlara Şimali Kiprin quruluş tarixi və həmçinin Kipr Sülh Əməliyyatı barədə ətraflı məlumat verib.
 
Səmimi qarşılıqlı müzakirə şəraitində keçən görüş yemək süfrəsi arxasında davam edib.
 
Qeyd edək ki, “Yay Məktəbi” 28 iyul tarixində yekunlaşacaq.