BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şimali Kiprdə keçirilən "Yay Məktəbi"nin növbəti günü yekunlaşıb!

18 iyul 2024 10:22:23

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə orta və ali təhsil müəssisələrində təhsil alan 30 nəfər şəhid övladı üçün Şimali Kipr Türk Respublikasında təşkil olunan “Yay Məktəbi” davam etməkdədir.
 
“Yay Məktəbi”nin ikinci günündə şəhid övladları Şimali Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Töre ilə görüşüb. Görüş zamanı qardaş xalqlarımız arasındakı münasibətlərin inkişafının əhəmiyyətini vurğulayan Zorlu Töre bütün iştirakçılara uğurlar arzulayıb.
 
Daha sonra isə Türkiyə Respublikasının Şimali Kiprdəki səfiri Metin Feyzioğlu “Yay Məktəbi” iştirakçılarını qəbul edib. Səmimi şəraitdə keçən görüş zamanı şəhid övladları ilə tək-tək görüşən cənab səfir onları Şimali Kiprdə qarşılamaqdan qürur duyduqlarını bildirib.