BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladları Şimali Kipr Türk Respublikasında Yay Məktəbində iştirak edəcəklər!

12 iyul 2024 10:17:17

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Hava Yollarının tərəfdaşlığı ilə 15-28 iyul 2024-cü il tarixlərində orta və ali təhsil müəssisələrində təhsil alan 30 şəhid övladı üçün Şimali Kipr Türk Respublikasında (ŞKTR) Yay Məktəbi təşkil olunacaq.
 
Yay Məktəbi çərçivəsində iştirakçılar Şimali Kipr İstanbul Texniki Universiteti və Girne Amerikan Universitetində müxtəlif təlimlərə qatılaraq öz bilik və bacarıqlarını inkişaf etdirəcək, həmçinin bölgənin tarixi və turistik məkanlarını ziyarət edəcəklər.
 
Qeyd edək ki, bu Yay Məktəbi “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsində qalib olan "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsi çərçivəsində "Zəfər" İB ilə ŞKTR nümayəndə heyəti ilə imzalanan əməkdaşlıq protokollarına əsasən həyata keçiriləcək.