“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində IV Yay Düşərgəsi davam edir!
08 avqust 2024 10:06:27
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Qazaxıstan Respublikasında fəaliyyət göstərən “Xarı Bülbül” Qarabağ Etnomədəni Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Qazaxıstanın Çimkənd şəhərində keçirilən yay düşərgəsinin növbəti günündə iştirakçılar "Shymqala" qala kompleksini, "Dendra" parkını və Türkistan vilayətinin Diyarşünaslıq muzeyini ziyarət ediblər. Gün ərzində layihənin ideya müəllifi “İsveçrə Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri, həmçinin düşərgənin təlimçisi Qasım Nəsirov müxtəlif mövzularda iştirakçılar üçün peşəkar təlimlər keçib və həmçinin onlara gün boyu gəzdikləri məkanlar barədə ətraflı məlumat verib.
Günün davamında düşərgə iştirakçıları Qazaxıstanda yaşayan Azərbaycan əsilli Ali Salman və Abilovlar ailələrinin qonağı olublar.
Qeyd edək ki, 5-12 avqust 2024-cü il tarixlərində Qazaxıstanın Çimkənd şəhərində keçirilən bu yay düşərgəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası zamanı müxtəlif vaxtlarda şəhid olmuş qəhrəmanlarımızın 10 övladı iştirak edir.