BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ənənəvi "Əmanətə Sədaqət" yay düşərgəsi Türkiyənin Qaradəniz bölgəsində keçiriləcək!

09 avqust 2024 09:57:57

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, "Azərlotereya" ASC-nin dəstəyi və "Azərbaycan Hava Yolları"nın tərəfdaşlığı ilə 12-16 avqust 2024-cü il tarixlərində yerli və xarici ali təhsil müəssisələrində təhsil alan tələbə şəhid övladları üçün Türkiyə Respublikasının Qaradəniz bölgəsində "Əmanətə Sədaqət" yay düşərgəsi təşkil olunacaq.
 
"Zəfər" İB, "Azərlotereya" ASC və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi "Əmanətə Sədaqət" layihəsi çərçivəsində hər il ənənəvi olaraq keçirilən bu yay düşərgəsində 21 tələbə şəhid övladı iştirak edəcək. Onlar düşərgə müddəti ərzində karyera planlaması və şəxsi inkişaf, komanda işi və liderlik mövzuları üzrə peşəkar təlimlərdə iştirak edəcək, həmçinin Qaradəniz bölgəsinin tarixi və turistik bölgələrini ziyarət edərək onlar barədə məlumat almaq şansı əldə edəcəklər.