BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladları beynəlxalq uşaq yaradıcılıq festivalında iştirak ediblər!

01 iyun 2024 12:46:37

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvü olan 30 şəhid övladı Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən “Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalında iştirak ediblər.
 
Türkdilli xalqların birliyini əks etdirən festival zamanı şəhid övladları Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan olan məktəblilərlə bir araya gələrək əyləncəli və unudulmaz anlar keçiriblər.