Şəhid övladları Şuşa şəhərini ziyarət edib!
31 may 2024 12:45:20
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvü olan 30 şəhid övladı Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalında iştirak etmək üçün Şuşa şəhərinə səfər edib.
May ayının 31-də Şuşaya yollanan şəhid övladları ilk öncə tarixi Şuşa qalasında və Cıdır düzündə olublar. Günün davamında isə onlar dahi bəstəkar Üzeyir Hacıbəylinin Şuşa şəhərində yerləşən abidəsini, Molla Pənah Vaqifin məqbərəsini, İsa Bulağını və Xarıbülbül parkını ziyarət ediblər.
Qeyd edək ki, türkdilli xalqların birliyini əks etdirən festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan 250-yə yaxın məktəbli iştirak edirlər.