BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şimali Kiprdən olan nümayəndə heyəti Bakı Dövlət Universitetində olub!

24 may 2024 12:38:43

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Şimali Kipr nümayəndə heyəti Bakı Dövlət Universitetini ziyarət edib.
 
BDU-nun rektoru Elçin Babayev Şimali Kipr Türk Respublikasının (ŞKTR) dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və şəhid ailələrindən ibarət olan 20 nəfərlik heyətini qbəul edərək onları BDU-da görməkdən çox məmnun olduğunu bildirib.
 
Görüş zamanı qonaq heyətin tərkibində olan ŞKTR ali təhsil müəssisələrinin nümayəndələri ilə qarşılıqlı əlaqələrin mümkün inkişaf istiqamətləri haqqında fikir mübadiləsi aparılıb.