BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şimali Kiprdən olan şəhid ailələri Şamaxı şəhərində olublar!

22 may 2024 12:37:19

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Şimali Kipr nümayəndə heyəti Şamaxı şəhərində olub.
 
Şimali Kipr Türk Respublikasından (ŞKTR) olan dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və şəhid ailələrindən ibarət olan 20 nəfərlik heyət ilk öncə Şamaxıda yerləşən "Türk şəhidliyi" abidəsini ziyarət ediblər.
 
Daha sonra isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov heyət üzvlərini qəbul edib. Ölkəmizdə səfərdə olan qonaqları salamlayan Tahir Məmmədov onları Şamaxı şəhərində görməkdən çox məmnun olduğunu bildirib.
 
Günün davamında isə ŞKTR nümayəndə heyəti Şamaxı Cümə Məscidi və Şahxəndan türbəsini ziyarət ediblər.