Azərbaycan və Şimali Kipr QHT-ləri arasında əməkdaşlıq protokolu imzalanıb!
23 may 2024 12:35:36
23 may tarixində Ağdam Konfrans Mərkəzində "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Şimali Kipr Türk Respublikasının "Şəhid Ailələri və Qazilər Dərnəyi" arasında əməkdaşlıq protokolu imzalanıb.
İmzalanma mərasimi “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsi çərçivəsində keçirilib. Mərasimdə çıxış edən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və ŞKTR "Şəhid Ailələri və Qazilər Dərnəyi"nin sədri Gürsel Benan imzalanan bu protokolun qardaş ölkələr arasında olan əlaqələrin daha inkişaf etdirilməsinə və ortaq dəyərlərin tanıdılmasına öz töhvəsini verəcəyinə inandıqlarını bildiriblər.