BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid ailələri İstanbul şəhərini ziyarət ediblər!

10 may 2024 10:41:27

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı, "Azərbaycan Hava Yolları" QSC-nin tərəfdaşlığı ilə şəhid ailə üzvlərindən ibarət olan 28 nəfərlik heyətin Türkiyə səfəri davam etməkdədir.
 
Səfərin növbəti günündə şəhid ailələri İstanbul şəhərində olublər və "Ayasofya", "Topkapı Sarayı", "Eyüp Sultan" Məscidi, "Sultan Ahmet" Məscidi və "Kapalıçarşı" kimi şəhərin tarixi məkanlarını ziyarət ediblər.