BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid ailələri Çanaqqala şəhərinə səfər edəcəklər!

03 may 2024 15:47:54

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı, "Azərbaycan Hava Yolları" QSC-nin tərəfdaşlığı ilə 6-9 may tarixlərində şəhid ailə üzvlərindən ibarət olan 28 nəfərlik heyət Türkiyənin Çanaqqala şəhərinə səfər edəcək.
 
Səfərin əsas məqsədi təşkilatımızın üzvü olan şəhid ailə üzvlərinin Türkiyə Cümhuriyyətinin qəhrəmanlıq salnaməsini özündə əks etdirən Çanaqqala şəhərini ziyarət edib, orada şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsini yad etmək arzusunu gerçəkləşdirməkdən ibarətdir. Səfər çərçivəsində İstanbul və Çanaqqala şəhərlərinin tarixi məkanlarının ziyarət olunması, eyni zamanda qardaş xalqlar arasında ortaq dəyərlərin inkişafı istiqamətində qarşılıqlı görüşlərin keçirilməsi nəzərdə tutulur.