BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladları Aerokosmik Modelçilik Festivalında iştirak ediblər!

20 aprel 2024 15:42:25

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "IT Innovations" kompyuter akademiyasının birgə təşkilatçılığı ilə 5 şəhid övladı Aerokosmik Modelçilik Festivalında iştirak etmək üçün təyyarə və raket mühəndisliyi kursuna cəlb ediliblər. 3 ay davam edən təlimləri tamamlayan şəhid övladları Aerokosmik Modelçilik Festivalında "Streamer S-3A1" kateqoriyası üzrə yarışlarda uğurla iştirak edərək mükafata layiq görülüblər.
 
Bu müsabiqədə qazandıqları uğura görə övladlarımızı təbrik edir, 3 ay davam təlimlər zamanı göstərdikləri dəstəyə görə "IT Innovations" kompyuter akademiyasının həmtəsisçisi Ceyhun Xəlilov və "IT Innovations" kompyuter akademiyasının təyyarə və raket modelçiliyi üzrə təlimçisi Pərviz Ağayevə bir daha öz təşəkkürlərimizi bildiririk.