BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladları Aerokosmik Modelçilik Festivalında yarışlara qoşulacaqlar!

01 aprel 2024 09:59:29

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və IT Innovations kompyuter akademiyasının birgə təşkilatçılığı ilə 5 şəhid övladı Aerokosmik Modelçilik Festivalında iştirak etmək üçün təyyarə və raket mühəndisliyi kursuna cəlb ediliblər. 3 ay davam edən təlimlər IT INNOVATIONS kompyuter akademiyasının həmtəsisçisi Ceyhun Xəlilov və IT INNOVATIONS kompyuter akademiyasının təyyarə və raket modelçiliyi üzrə təlimçisi Pərviz Ağayev tərəfindən keçirilib.
 
Qeyd edək ki, kursu tamamlayan şəhid övladları 12 aprel tarixində keçiriləcək Aerokosmik Modelçilik Festivalında "Streamer S-3A1" kateqoriyası üzrə yarışlarda iştirak edəcəklər. Bir daha şəhid övladlarına bu yarışlarda uğurlar arzulayırıq!