BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

"Zəfər" İB-nin üzvü olan şəhid övladları Soçi şəhərində keçirilən Ümumdünya Gənclər Festivalında iştirak ediblər!

12 mart 2024 09:39:48

1-7 mart 2024-cü il tarixlərində Rusiyanın Soçi şəhərinin “Sirius” Federal Ərazisində 190 ölkədən 20 mindən çox gəncin iştirakı ilə Ümumdünya Gənclər Festivalı keçirilib. NAYORA-nın təşkilatçılığı ilə Azərbaycan bu festivalda 150 nəfərlik geniş heyətlə təmsil olunub. "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ülvi Fərəczadə və təşkilatımızın üzvü olan şəhid övladları - şəhid baş leytenant Elvin Zakirovun oğlu Toğrul Zakirov və şəhid baş leytenant Valeh Babayevin oğlu Səid Babayev də nümayəndə heyətimizin tərkibində bu festivalda iştirak ediblər.
 
Bir həftə davam edən festival zamanı iştirakçılar müxtəlif mövzularda keçirilən təlim, mühazirə və seminarlarda iştirak ediblər, dünyanın müxtəlif bölgələrindən festivalda iştirak etmək üçün gələn ölkələrin mədəniyyətləri ilə tanış olublar və həmçinin Azərbaycan mədəniyyətinin də layiqincə tanıdılması üçün bir çox fəaliyyətlərdə iştirak ediblər.