BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Tanınmış ictimai və dövlət xadimi Bədrəddin Dalan "Zəfər" İB-nin ofisini ziyarət edib!

12 mart 2024 09:38:59

Türkiyə Respublikasının “İstək” Vakfının, “Yeditepe” Universitetinin qurucusu, tanınmış ictimai və dövlət xadimi, böyük türkçü Bədrəddin Dalan ölkəmizə səfəri çərçivəsində təşkilatımızı ziyarət edib. Görüş zamanı gələcək birgə layihələr barəsində fikir mübadiləsi aparılıb. Görüşdən sonra isə qəhrəman şəhidlərimizin uyuduğu Fəxri xiyabanda şəhidlərimizin məzarları ziyarət olunaraq müqəddəs ruhlarına dualar oxunub.
 
Xatırladaq ki, ötən 2023-cü ildə tələbə şəhidlər övladları “Yeditepe” Universitetinin dəvəti ilə yay düşərgəsində iştirak edərək maraqlı və intellektual təcrübə mübadiləsinə qatılıblar. Bu cür layihələrin davamlı olaraq inkişafı nəzərdə tutulub.