BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladları “Həmrəylik Festivalı”nda iştirak ediblər!

25 dekabr 2023 10:12:08

24 dekabr tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı və ölkənin aparıcı tələbə və könüllü təşkilatlarının dəstəyi ilə Bakı Kristal Zalında “Gənclərin Həmrəylik Festivalı” keçirilib.
 
On minlərlə gəncin iştirakı ilə təşkil olunan festivalın həyata keçirilməsində əsas məqsəd ərazi bütövlüyünü tam bərpa etmiş ölkənin qürurlu vətəndaşları olan gənclərin sevinc dolu 2023-cü ili yola salmaq və gələcək zəfərlər uğrunda dövlətin siyasi kursu ilə Azərbaycan gənclərinin həmrəyliyini dünyaya nümayiş etdirmək olub.
 
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyini təmsil edən 50 şəhid övladı da festivalda iştirak edib.
 
Tədbirin sonunda isə Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun qızı Hilalə Əfqan çıxış edərək Azərbaycan gəncləri adından festivalın yekun bəyanatını səsləndirib.