BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Qardaşlaşmış Qarabağ Məktəbləri” qış düşərgəsinin iştirakçıları "Qarabağ" Futbol Klubunun bazasında olub!

24 dekabr 2023 10:10:24

"ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Qardaşlaşmış Qarabağ Məktəbləri” qış düşərgəsinin iştirakçıları olan Qazaxıstan Respublikasında yaşayan soydaşlarımızın övladları və Azərbaycanın qəhrəman şəhidlərinin övladları "Qarabağ" Futbol Klubunun bazasını ziyarət ediblər.
 
Komandanın baş məşqçisi Qurban Qurbanov və futbolçularla görüşən gənc düşərgə iştirakçıları onlarla əyləncəli zaman keçirib və xatirə şəkilləri çəkdiriblər.
 
Bir daha səmimi qarşılamaya görə "Qarabağ" Futbol Klubunun rəhbərliyinə, həmçinin məqşçi və futbolçu heyəti öz dərin təşəkkürlərimizi bildiririk!