BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladları üçün Yeni il şənliyi təşkil olunub!

20 dekabr 2023 10:06:13

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Böyük Qayıdış" Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Bakı şəhərində yaşayan 40-a yaxın şəhid övladı üçün Yeni il şənliyi təşkil olunub.

Tanınmış müğənnilər, animatorlar, Şaxta Baba, Qar qız və digər maraqlı personajların iştirakı ilə keçən şənlik azyaşlı şəhid övladları tərəfindən maraqla qarşılanıb. Yeni il şənliyi uşaqlara xoş əhvali-ruhiyyə və bayram ovqatı bəxş edib, onlara əyləncəli anlar yaşadıb.

Tədbirin sonunda uşaqlara hədiyyələr paylanıb.

Tədbirin təşkilində göstərdikləri dəstəyə görə “Konak Baku” restoranının rəhbərliyinə öz təşəkkürümüzü bildiririk.