BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladları Beynəlxalq Astronavtika Konqresində iştirak ediblər!

06 oktyabr 2023 13:38:40

"Azercosmos" ASC-nin təşkilatçılığı ilə Azərbaycanda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə 60 şəhid övladının Bakı Konqres Mərkəzində təşkil olunmuş sərgi pavilyonuna ekskursiyası baş tutub.
 
Ekskursiya zamanı şəhid övladları Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin ərazisində 33 ölkədən 140-dan çox şirkətin iştirak etdiyi sərgi pavilyonunu gəzərək astronavtika elmi və bu sahədə olan yeniliklər barədə ətraflı məlumat əldə ediblər. Astronavtika üzrə yeni elmi ixtiralar haqqında stend və modellər ekskursiya iştirakçıları tərəfindən maraqla qarşılanıb və sərgi sonunda onlara xatirə hədiyyələri təqdim olunub.
 
Həmçinin ekskursiya zamanı Türkiyə Böyük Millət Məclisinin Ankara şəhəri üzrə millət vəkili Zeynep Yıldız da gənc şəhid övladları ilə görüşüb və onlarla tanış olaraq gələcək həyatlarında uğurlar arzulayıb.