BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Füzuli rayonunda şəhidlərimizin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib!

20 sentyabr 2023 15:32:52

Sentyabrın 19-da Füzuli rayonunda “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsinin başlanılmasının üçüncü ildönümü ilə əlaqədar əziz şəhidlərin xatirəsinə həsr edilmiş “Şəhidlərimizi anırıq” adlı anım tədbiri keçirilib.
 
Anım mərasimində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə,Füzuli rayon icra hakimiyyətlərinin rəhbər vəzifəli şəxsləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Tədbirdə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın hər bir gənc üçün nümunə olduğu, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin günü-gündən gücləndiyi, vətənpərvərlik möhkəmləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
 
Anım tədbirində şəhidlərin ruhuna ithafən Qurani-Kərim tilavət edilib, dualar oxunub və ehsan süfrəsi açılıb.