BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Əmanətə Sədaqət” yay düşərgəsinin növbəti günü başa çatıb!

25 avqust 2023 09:56:43

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Azərlotereya ASC-nin dəstəyi ilə Quba rayonunda tələbə şəhid övladları üçün baş tutan düşərgənin növbəti günündə ilk olaraq gənc tələbələr tanınmış yazıçı Rövşən Abdullaoğlu ilə görüşdə iştirak ediblər. Səmimi şəraitdə keçən görüş zamanı Rövşən Abdullaoğlu tələbələrin suallarını cavablandırıb və onları maraqlandıran mövzularda fikir mübadiləsi aparıb.
 
Günün davamında tanınmış aktyor Hikmət Rəhimov düşərgənin qonağı olub və düşərgə iştirakçılarına təcrübələrinə əsaslanan dəyərli məlumatlar verib.
 
Günün ikinci yarısında tələbə şəhid övladları üçün müxtəlif təlimlər təşkil olunub. İlk öncə tələbələrin liderlik və komandayla işləmək bacarıqlarını inkişaf etdirmək üçün “Dəyişiklik səndən başlayır” adlı təlim keçirilib. Daha sonra iştirakçılara karyera trendləri və işəqəbul prosesi üçün vacib olan bacarıqlar barədə məlumat verilib. Sonda isə tələbələr üçün maliyyə biliklərinin təkmilləşdirilməsi məqsədilə “Maliyyədə müasir yanaşma” başlıqlı təlim baş tutub.
 
Günə musiqili şou-proqram ilə yekun vurulub.