BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Türkiyədə baş tutan Yay Məktəbində iştirak edən şəhid övladları ilə "Dreamland" Qolf Klubunda görüş təşkil edilib.

09 avqust 2023 09:43:46

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə ötən ay Türkiyənin "Yeditepe" Universitetində baş tutan Yay Məktəbində iştirak edən şəhid övladları ilə "Dreamland" Qolf Klubunda görüş təşkil edilib.

 

Görüş çərçivəsində şəhid övladları peşəkar qolf ustaları ilə birgə təlimdə iştirak edib bu idman növü haqqında məlumatlar əldə etdilər və əyləncəli, interaktiv vaxt keçirdilər. Həmçinin görüşdə "Yeditepe" Universitetinin nümayəndələri və tanınmış rəssam Nigar Helmi Abbasbəyli də iştirak edərək təbələ şəhid övladları ilə öz həyat təcrübələrini paylaşdılar.