BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladları üçün Türkiyədə təşkil olunmuş Yay Düşərgəsi başa çatdı!

31 iyul 2023 09:34:16

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türkiyənin "Yeditepe" Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə ölkəmizin ali təhsil müəssisələrində təhsil alan şəhid övladları üçün Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən "Yeditepe" Universitetində təşkil olunmuş 12 günlük Yay Düşərgəsi başa çatdı!

 

Düşərgənin son günündə "Yeditepe" Universitetinin Davamlı Təhsil Mərkəzinin müdiri, professor Cem Tansal Kaya tərəfindən düşərgə iştirakçılarına sertifikatlar təqdim edildi.