BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladları üçün Türkiyədə təşkil olunmuş Yay Düşərgəsi davam edir!

24 iyul 2023 14:34:21

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türkiyənin "Yeditepe" Universitetinin təşkilatçığı ilə ölkəmizin ali təhsil müəssisələrində təhsil alan şəhid övladları üçün Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən "Yeditepe" Universitetində təşkil olunmuş Yay Düşərgəsi davam edir.
 
Düşərgənin növbəti günündə şəhid övladları düşərgənin digər iştirakçıları ilə birlikdə Türkiyənin tarixini əks etdirən "Yerebatan Sarnıcı", "Panorama 1453" və "Miniatürk" muzeylərini ziyarət etdilər. "Yerebatan Sarnıcı" muzeyini ziyarət zamanı onları İstanbul Böyükşəhər Bələdiyyəsinin Turizm Platformasının rəhbəri Şengül Altan Arslan müşayiət edib, onlara muzey haqda məlumatlar verib və şəhid övladları ilə tanış olmaqdan qürur duyduğunu bildirib.