BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladları Türkiyə Burslarını qazandılar!

05 iyul 2023 13:18:00

Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı (YTB) tərəfindən aparılan və dünyanın dörd bir yanından olan beynəlxalq tələbələrə Türkiyənin qabaqcıl universitetlərində burslu olaraq təhsil almaq imkanı yaradan Türkiyə Burslarını 2023-cü ildə Azərbaycandan iki şəhid övladı qazandı. Onlar:
Şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclu;
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində şəhidlik zirvəsinə ucalmış Orxan Əsgərovun qızı Aysu Əsgərlidir.

Tələbələrin bursu qazanmasında göstərdiyi dəstəyə görə “KAF” Academy-ə təşəkkür edirik.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi adından tələbələrimizə uğurlar arzulayırıq.