BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid anaları Laçın şəhərini ziyarət etdilər- FOTOLAR

27 iyun 2023 14:15:30

26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Ağalı kəndində başlanan tədbir Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin dəvəti ilə Laçında davam etdi. Övladları Laçın uğrunda döyüşlərdə həlak olmuş şəhid anaları Bakı Abadlıq Xidmətinin çay süfrəsində qonaq oldular, ordumuza xeyir-dualarını verərək hərbi hissələrdə xidmət edən əsgərlərə müxtəlif hədiyyələr və bayram sovqatları təqdim etdilər.