BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladları “Azərkosmos”da təlim proqramına cəlb olundu - FOTO

28 aprel 2023 16:46:04

Korporativ sosial məsuliyyət fəaliyyətimiz çərçivəsində şəhid və qazi ailələrinin övladlarının təhsil, peşə hazırlığı və yaradıcı potensialının inkişafı istiqamətində rol oynayacaq geniş təlim proqramlarına start verilib. İlk qrupun məktəbli iştirakçıları ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən təqdim edilib.

Təlim proqramı hər iştirakçı qrupu üzrə iyul ayınadək davam edəcək. Çox sayda məktəblinin cəlb olunacağı təlimlər sayəsində 10-14 yaş aralığında olan məktəblilər gələcək karyera seçimlərində “yumşaq” vərdişlərin formalaşması, psixoloji reabilitasiya, idman fəaliyyətləri vasitəsilə stresin idarə olunması kimi proqramlarda iştirak edəcəklər. Silsilə şəklində davam edəcək təlimlər hər üç aydan bir yeni iştirakçı qrupları üçün təkrar keçiriləcək.

Adıçəkilən təlimlər 2020-ci ilin sonundan etibarən əməkdaşlarımızın aktiv dəstəyi ilə irəliləyən Təşəkkür Fondunun fəaliyyəti çərçivəsində təşkil olunur.