BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Novruz bayramı münasibəti ilə şəhid ailələri ziyarət edildi - FOTO

17 mart 2023 18:06:44

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Karimli Group MMC-nin dəstəyi ilə Novruz bayramı ərəfəsində Salyan və Neftçala rayonlarında yaşayan bir sıra şəhid ailələri ziyarət olunub.


"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Karimli Group MMC-nin əməkdaşları Vətənimizin azadlığı uğrunda qəhrəmancasına şəhadətə ucalan şəhidlərimiz mayor Hüseynağa Balıyev, kapitan Kamil Şirinov, baş gizir Sübhan Cəbrayılov, gizir Emin Nəzərov, baş leytenant Əsəd Əsədov, MAHHXHQ Anar Vəlizadə, əsgər Novruz Allahverdiyev, əsgər Elmir Məmmədov, əsgər Ağamoğlan Kərimov, leytenant Xalid Orucov, baş gizir Camal İsmayılov və baş leytenant Xəyyam Əzizovun ailələrini ziyarət edib, onların dərdlərini bölüşüblər.