BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Novruz bayramı münasibəti ilə şəhid ailələri ziyarət edildi - FOTO

17 mart 2023 17:36:35

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə Novruz bayramı ərəfəsində şəhid ailələrini ziyarət olunub.

 

Bakı və bölgələrdə ümumilikdə 110 ailəyə – Aprel və Tovuz döyüşləri şəhidlərinin, həmçinin nazirliyin Vətən müharibəsində şəhid olan əməkdaşlarının doğmalarına baş çəkilib. Görüşlərdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızların xatirəsi ehtiramla anılıb.

 

Şəhid ailələrinə bayram sovqatı təqdim olunub.