BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Sevinc Alızadə şəhid ailələrini ziyarət edib - FOTO

03 mart 2023 11:09:19

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Vətənimizin azadlığı uğrunda qəhrəmancasına şəhadətə ucalan şəhidlərimizin ailələrini ziyarət edib.

 

Sevinc Alızadə Abşeron rayonunda yaşayan şəhidlərimiz baş leytenant Şöhrət Qasımov və MAHHXHQ Xaqani Əskərovun ailələrini ziyarət edib. Onların problemlərini dinləyib və hər zaman onların yanında olduğunu bildirib.

 

Qeyd edək ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi mütəmadi olaraq qəhrəman şəhidlərimizin ailələrini ziyarət edir, qəhrəmanlarımızın təbliği və tanıdılması məqsədi ilə tədbirlər keçirir.