BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Sevinc Alızadə Sumqayıtda şəhid ailələrini ziyarət edib - FOTO

03 mart 2023 11:04:28

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Vətənimizin azadlığı uğrunda qəhrəmancasına şəhadətə ucalan şəhidlərimizin ailələrini ziyarət edib.


Sevinc Alızadə Sumqayıt şəhərində yaşayan şəhidlərimiz XTQ kapitanı Kamil Şirinov və və XTQ baş giziri Elvin İsgəndərovun ailələrini ziyarət edib. Onların problemlərini dinləyib və hər zaman onların yanında olduğunu bildirib.


Qeyd edək ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi mütəmadi olaraq qəhrəman şəhidlərimizin ailələrini ziyarət edir, qəhrəmanlarımızın təbliği və tanıdılması məqsədi ilə tədbirlər keçirir.