BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Sevinc Alızadə şəhid ailələrini ziyarət edib - FOTO

09 mart 2023 10:56:26

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Vətənimizin azadlığı uğrunda qəhrəmancasına şəhadətə ucalan şəhidlərimizin ailələrini ziyarət edib.


Sevinc Alızadə Gəncə şəhərində yaşayan şəhidlərimiz gizir Ceyhun Abbasov, MAXE Eltay Quliyev, MAXE Xuduş Kazımov, MAXE Seymur Ələsgərov və əsgər Rəşad Ələkbərovun ailələrini ziyarət edib. Onların problemlərini dinləyib və hər zaman onların yanında olduğunu bildirib.

 

Qeyd edək ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi mütəmadi olaraq qəhrəman şəhidlərimizin ailələrini ziyarət edir, qəhrəmanlarımızın təbliği və tanıdılması məqsədi ilə tədbirlər keçirir.