BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ağdaşda 8 Mart münasibəti ilə şəhid ailələrinin qadın üzvləri üçün tədbir keçirilib - FOTOLAR

06 mart 2023 15:46:54

Ağdaşda 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrinin qadın üzvləri üçün bayram tədbiri keçirilib


Zafer.az bildirir ki, martın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Ağdaş rayon İcra Hakimiyyəti və Ağdaş rayonu Qülbəndə kənd “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə Ağdaş şəhərində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrinin xanım üzvləri üçün bayram tədbiri keçirilib. Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, Ağdaş rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova, RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Səbuhi Musayev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Əli Məmmədov, şəhid ailələrinin xanım üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.


Tədbirdə çıxış edən natiqlər şəhid ailələrinin qadın üzvlərini 8 mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, Azərbaycan qadınının milli və mənəvi dəyərlərin əsas təminatçısı kimi çıxış etdiyini, soykökünə bağlı vətənpərvər insanların yetişməsində əvəzsiz rolunun olduğunu diqqətə çatdıraraq dövlətin hər zaman onların yanında olduğunu ifadə ediblər. Daha sonra tədbir bədii hissə ilə davam edib.


Sonda şəhidlərin əziz xatirəsi yad edilib və onların ruhuna dualar oxunub.