BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladları STEAM İnnovasiya Mərkəzində - FOTOLAR

16 fevral 2023 16:09:53

Bu gün “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə STEAM İnnovasiya mərkəzində şəhid övladları üçün təlimlər təşkil edilib.
Ziyarətdə 80-dən çox şəhid övladı iştirak edib.


Uşaqlar mərkəzdə mütəxəssislər tərəfindən əvvəlcədən hazırlanmış proqram əsasında əyləncəli və öyrədici məzmuna malik elm şousu, ideya emalatxanası, “Rəqəmlərlə havada” adlı uçuş simulyatoru, eləcə də “Sfera üzərində elm”, “İlluziyalar və fiziki eksponatlar”, “Virtual reallıq”, “Sadə proqramlaşdırma (ibtidai sinif şagirdləri üçün)” məkanları ilə tanış olublar.


Əsas məqsəd şagirdlərə elmin çətin deyil, əksinə, maraqlı və əyləncəli olduğunu onlara göstərmək olub.


Ziyarət əsnasında STEAM İnnovasiya Mərkəzinin əməkdaşları tərəfindən şagirdlərdə maraq doğuran suallar cavablandırılıb və onlar aktiv fəaliyyətlərə cəlb ediliblər.


Sonda uşaqlarla xatirə şəkli çəkdirilib.


Qeyd edək ki, şəhid övladları mərkəzin ilk ziyarətçiləridir.