BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Sevinc Alızadə Türkiyədə bir sıra görüşlər keçirdi - FOTO

24 yanvar 2023 15:07:40

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində işgüzar səfərdə olub.

 

Sevinc Alızadə səfər çərçivəsində Türkiyə Respublikası Prezidenti baş məsləhətçisi,Türk Dünyası Parlamentariləri Vəqfinin sədr müavini, Hüquq Siyasəti Şurasının üzvü Ayşə Türkmenoğlu, Xaricdəki Türklər və Qohum İcmalar üzrə sədr müavini (YTB) Abdulhadi Turus və YTB sədr müavini Sait Yusufla görüşlər keçirib.


Görüşdə birgə əməkdaşılıq çərçivəsində gələcəkdə görülə biləcək işlər barədə müzakirələr edilib.