BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid aiklələri və qazilərə hüquqi yardım göstərildi - FOTO

28 dekabr 2022 15:33:31

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin ofisində şəhid ailələri və qazilərə hüquqi yardım göstərilib.

 

"28 dekabr-Vəkil günü" peşə bayramı ilə əlaqədar "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin ofisində şəhid ailələri və qazilərə hüquqi yardım kampaniyası təşkil olunub.

 

Məlumat üçün bildiririk ki, Vəkillər Kollegiyasının tanınmış vəkilləri tərəfindən şəhid ailələri və qazilərin problemləri dinlənilib, hüquqi məsləhətlər verilib və hüquqi yardım göstərilib.

 

Görüşdə iştirak edə bilməyən şəhid ailələri və qazilərin onlayn olarq görüşü təmin edilib və onlara hüquqi yardım göstərilib.