BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Zəfər təşkilatı şəhid ailələrini ziyarət edib - FOTO

26 dekabr 2022 11:19:47

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib.

 

Məlumat üçün bildiririk ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar olaraq "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Vətənimizin azadlığı uğrunda qəhrəmancasına şəhadətə ucalan şəhidlərin ailələrini ziyarət edib.

 

Sevinc Alızadə Sumqayıt şəhərində yaşayan şəhidlərimiz MAHHXHQ Ağayev Daşqın Əliqulu oğlu, əsgər Fərhadlı Fərhad Vüar oğlu, MAHHXHQ Abbaslı Elgin Ağayar oğlu və MAHHXHQ Cəfərov Cavid Fərhad oğlunun ailələrini ziyarət edib. Onların problemlərini dinləyib və hər zaman onların yanında olduğunu bildirib.

 

Qeyd edək ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi mütəmadi olaraq qəhrəman şəhidlərimizin ailələrini ziyarət edir, qəhrəmanlarımızın təbliği və tanıdılması məqsədi ilə tədbirlər keçirir.