BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid ailələri və qazilərə ödənişsiz hüquqi yardım göstəriləcək

26 dekabr 2022 11:00:11

"28 dekabr-Vəkil günü" peşə bayramı ilə əlaqədar Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən Respublika üzrə çoxsaylı tədbirlərin keçirilməsi nəzərdə tutulub.


Həmin gün vəkillər kollegiyasının üzv olan vəkillər tərəfindən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin ofisində şəhid ailələri və qazilərə ödənişsiz hüquqi yardım göstəriləcəkdir.


Qeyd edilən tədbirlərdə iştirak etmək arzusunda olan şəhid ailələri və qazilər “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin ofisinə yaxınlaşa bilər.


ÜNVAN: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi-75 (Yasamal ATS-nin binası)

TARİX: 28.12.2022