BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Qəhrəman şəhidlərimizin ailələri ziyarət edildi - FOTO

20 dekabr 2022 12:49:03

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Karimli Group MMC-nin dəstəyi ilə Beyləqan rayonunda yaşayan bir sıra şəhid ailələri ziyarət olunub.

 

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Karimli Group MMC-nin əməkdaşları Vətənimizin azadlığı uğrunda qəhrəmancasına şəhadətə ucalan şəhidlərimiz MAHHXHQ Rəhimov Ruslan Tanrıverdi oğlu, MAHHXHQ Vəlişov Zahir Arif oğlu, MAHHXHQ Tağıyev Anar Zakir oğlu, MAHHXHQ Əsədov Saleh Səməd oğlu, MAHHXHQ Rüstəmov Elnur İsmayıl oğlu, MAHHXHQ Yusifli Müzəffər Ziyəddin oğlu, MAHHXHQ Yusibli Böyükağa Elbrus oğlu və MAHHXHQ Abbasov Şamxal Xasay oğlunun ailələrini ziyarət edib, onların dərdlərini bölüşüblər.