BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid ailələri ziyarət edildi - FOTOLAR

19 dekabr 2022 13:08:05

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib.

 

Məlumat üçün bildiririk ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar olaraq "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Vətənimizin azadlığı uğrunda qəhrəmancasına şəhadətə ucalan şəhidlərin ailələrini ziyarət edib.

 

Sevinc Alızadə Beyləqan rayonunda yaşayan şəhidlərimiz MAHHXHQ Əsədov Saleh Səməd oğlu, əsgər Həsənov Pərviz Yolçu oğlu, MAHHXHQ Həsənov Ərəstun Əfşan oğlu, əsgər Rzayev Qəhrəman Bəhmən oğlu, MAHHXHQ Əliyev Mahir Əjdər oğlu, MAHHXHQ Əliyev Araz Aydın oğlu, MAHHXHQ Quliyev Elnur Sərdar oğlu, MAHHXHQ Salmanov Aslan İsrafil oğlu, MAHHXHQ Həsənov Hafiz Saleh oğlu və XTQ giziri Cavadzadə Şahin Yaşar oğlunun ailələrini ziyarət edib. Onların problemlərini dinləyib və hər zaman onların yanında olduğunu bildirib.

 

Qeyd edək ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi mütəmadi olaraq qəhrəman şəhidlərimizin təbliği və tanıdılması məqsədi ilə tədbirlər keçirir.