BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladlarının ifasında "Qəhrəman övladıyıq!" - KLİP

10 noyabr 2022 12:20:04

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi,Paşa Holdinq və Paşa Həyat Sığorta şirkətinin birgə təşkilatçılığı ilə şəhid övladlarının ifasında “Qəhrəman övladıyıq” adlı musiqi əsasında klip hazırlanıb.


Musiqi əsəri ilk dəfə Şuşada “Zəfər” Yay məktəbinin bağlanış mərasimində təqdim edildi. "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin "Zəfər" yay məktəbi layihəsində şəhid övladlarının təlim keçdiyi istiqamətlərdən biri də musiqi dərnəyi idi.


Musiqi əsərinin müəllifi şəhid pilot polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı, Bakı Musiqi Akademiyasının professoru Könül Hüseynovadır.


Musiqi əsəri əsasında hazırlanan klipin rejissoru Cəlal Kəngərli, senari müəllifi Məryəmxanım Abbasəliyevadır. Klip Paşa Holdinq və Paşa Həyat Sığorta şirkətlərinin dəstəyi əsasında hazırlanmışdır.