BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid ailələri ziyarət edildi - FOTO

11 noyabr 2022 13:56:12

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Karimli Group MMC-nin əməkdaşları Vətənimizin azadlığı uğrunda qəhrəmancasına şəhadətə ucalan şəhidlərimiz MAXE Vüsal Muradov, MAXE Xəqani Fətiyev, əsgər Kamran İsgəndərli və əsgər Tofiq Ağaquliyevin ailələrini ziyarət edib, onların dərdlərini bölüşüblər.

 

Qeyd edək ki:
MAXE Muradov Vüsal Əlifağa oğlu 03.02.1985-ci ildə Cəlilabad rayonu Babaxanlı kəndində anadan olub. 28 sentyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidimiz ailəli idi. Vüsalə, Yusif, Qəmər və Natiq adllarında 4 övladı Vətənə əmanətdir.

 

MAXE Fətiyev Xəqani Hüseynəli oğlu oğlu 30.06.1989-cu ildə Cəlilabad rayonu, Adnalı kəndində anadan olub, 27.09.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Şəhidimiz ailəli idi. Beş övladı Vətənə əmanətdir.

 

Əsgər İsgəndərli Kamran Yaşar oğlu 29.06.1997-ci ildə Cəlilabad rayonunda anadan olub, 22.10.2020-ci il tarixində Qubadlı istiqamədində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

 

Əsgər Ağaquliyev Tofiq Rafiq oğlu 01.12.2000-ci ildə Cəlilabad şəhərində anadan olub. 28 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində qəhrəmancasına şəhid olub.