BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid övladlarına yeni texnologiyalara dair təlim keçirilib

03 noyabr 2022 17:27:47

Vətən müharibəsində qazandığımız Zəfərin ikinci ildönümü ərəfəsində "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi təşkilatçılığı ilə şəhid övladları üçün tədbir keçirilib.

 

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində baş tutan tədbir çərçivəsində Agentliyin tərəfdaşları olan “Mars Academy” və “Azərrobot” tərəfindən robotexnika, proqramlaşdırma və rəqəmsal incəsənət sahələrinə dair maraqlı təlimlər təşkil olunub.

 

Təlim proqramından sonra şəhidlərimizin yadigarları vətənpərvərlik mövzusunda mahnılar ifa edib və maraqlı səhnəcik nümayiş etdiriblər.

 

Həmçinin 35 şəhid övladının rəsm əsərlərindən ibarət sərgi də nümayiş olunub.

 

Tədbirin sonunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Mars Academy” və “Azərrobot” tərəfindən şəhid övladlarına xatirə hədiyyələri təqdim edilib.

 

Qeyd edək ki, tədbirə iaşə dəstəyini “McDonald’s Azərbaycan” göstərib.