BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ağdam, Bərdə və Beyləqanda şəhid ailələri ziyarət edildi

26 oktyabr 2022 15:12:52

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib.

 

Məlumat üçün bildiririk ki, Vətən müharibəsinin ildönümü ilə əlaqədar olaraq "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Vətənimizin azadlığı uğrunda qəhrəmancasına şəhadətə ucalan Şəhidlərin ailələrini ziyarət edib.

 

Sevinc Alızadə Bərdə, Ağdam və Beyləqan rayonlarında yaşayan şəhidlərimiz gizir Əsgərov Asəf İlqar oğlu, Dövlət Sərhəd Xidmətinin kiçik giziri Yusifzadə Xudayar Müslüm oğlu, əsgər İbrahimli Qəşəm Süleyman oğlu, əsgər Dadaşov Orxan Vaqif oğlu, əsgər Yusifov Anar Sərxan oğlu, MAHHXHQ Salmanov Aslan İsrafil oğlu və MAHHXHQ Mahmudov Elçin Cəmil oğlunun ailələrini ziyarət edib. Onların problemlərini dinləyib və hər zaman onların yanında olduğunu bildirib.

 

Qeyd edək ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi mütəmadi olaraq qəhrəman şəhidlərimizin təbliği və tanıdılması məqsədi ilə tədbirlər keçirir.