BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid ailələrinin problemləri dinlənildi

25 oktyabr 2022 15:22:12

 "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib.

 

Məlumat üçün bildiririk ki, Vətən müharibəsinin ildönümü ilə əlaqədar olaraq "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Vətənimizin azadlığı uğrunda qəhrəmancasına şəhadətə ucalan Şəhidlərin ailələrini ziyarət edib.

 

Sevinc Alızadə Yevlax və Kürdəmir rayonunda yaşayan şəhidlərimiz baş gizir Mikayılov Nahid Soqat oğlu, MAHHXHQ kiçik çavuş İsayev Vüsal Firdovsi oğlu və MAHHXHQ Quliyev Nicat Nüşrəvan oğlunun ailələrini ziyarət edib. Onların problemlərini dinləyib və hər zaman onların yanında olduğunu bildirib.

 

Qeyd edək ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi mütəmadi olaraq qəhrəman şəhidlərimizin təbliği və tanıdılması məqsədi ilə tədbirlər keçirir.