BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid ailələri ziyarət edildi

24 oktyabr 2022 12:08:52

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib.

 

Məlumat üçün bildiririk ki, Vətən müharibəsinin ildönümü ilə əlaqədar olaraq "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Vətənimizin azadlığı uğrunda qəhrəmancasına şəhadətə ucalan Şəhidlərin ailələrini ziyarət edib.

 

Sevinc Alızadə Bakı şəhəri və Abşeron rayonunda yaşayan şəhid polkovnik-leytenant Şirvanov Mehman Mirəziz oğlu, mayor Hacıyev Elnur Yaqub oğlu və əsgər Əhədzadə Elsevər Ağacan oğlunun ailələrini ziyarət edib. Onların problemlərini dinləyib və hər zaman onların yanında olduğunu bildirib.

 

Qeyd edək ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi mütəmadi olaraq qəhrəman şəhidlərimizin təbliği və tanıdılması məqsədi ilə tədbirlər keçirir.