BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Zəfər” Yay Məktəbi davam edir - FOTOLAR

24 avqust 2022 15:00:59

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi “Zəfər” Yay Məktəbi layihəsini davam etdirir.

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qalibi olan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi “Zəfər” Yay Məktəbi layihəsini davam etdirir. Layihə müddətində məktəbli şəhid övladları yay məktəbində 4 peşə - musiqi, fotoqrafiya, rəssamlıq və aktyorluq üzrə öz bilik və bacarıqlarını inkişaf etdirir, davamlı təlimlərə cəlb olunurlar.

 

Layihə çərçivəsində fotoqrafiya və müsuqi üzrə təlimlər keçirilib.
Həmin təlimlərdən fotoşəkilləri sizinlə paylaşırıq.