BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Rusiya sülhməramlılarının Laçın dəhlizindəki postları sökülür - FOTO/VİDEO

24 avqust 2022 13:53:09

Laçın dəhlizində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi postların sökülməsinə başlanılıb.

 

Zafer.az bildirir ki, "Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, söküntü işlərinə avqustun 23-dən start verilib və davam etdirilir.

 

Müvəqqəti postlar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Qarabağla Ermənistan arasında əlaqəni təmin edən yeni hərəkət marşrutunda quraşdırılacaq.