BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Zəfər” Təşkilatı “Zəfər” Yay Məktəbi layihəsini davam etdirir - FOTOLAR

22 avqust 2022 15:02:46

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi “Zəfər” Yay Məktəbi layihəsini davam etdirir.

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qalibi olan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi “Zəfər” Yay Məktəbi layihəsini davam etdirir. Layihə müddətində məktəbli şəhid övladları yay məktəbində 4 peşə - musiqi, fotoqrafiya, rəssamlıq və aktyorluq üzrə öz bilik və bacarıqlarını inkişaf etdirir, davamlı təlimlərə cəlb olunurlar.

 

Layihə çərçivəsində rəssamlıq üzrə keçirilən təlimlərin gedişatı prosesi ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin layihə meneceri Nigar Ağakişiyeva tanış olub və təlimləri izləyib.